Sumqayıt şəhərində 4 ton ot bağlaması yanıb. Bu haqda Fövqəladə Hallar Nazirliyi bu gün, 19 noyabr tarixində məlumat yayıb.
Hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. Sahəsi 60 kv.metr olan tövlənin dam örtüyünün taxta atmaları yanıb. Həmçinin, burada yığılan 6 ton ot bağlamasının 4 tonu yanıb.
Bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.