Əlaqələndirmə Mərkəzinin rəhbəri Gündüz Əliyev və mərkəzin digər üzvləri şəhid polkovnik-leytenant Ramiz Cəfərovun anasını ziyarət ediblər. Bu barədə bu gün, 25 oktyabr tarixində Sumqayıt şəhər İcra Hakimiyyəti məlumat yayıb.
Mərkəz tərəfindən Vətən Müharibəsi Qəhrəmanının ailəsinə televizor və soyuducu təqdim olunub.
Ramiz Cəfərov ölümündən sonra “Vətən uğrunda” “Cəbrayıl, Şuşa, Füzuli və Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.