Sumqayıtda yeni Məhkəmə Kompleksinin açılışı olub

Total
0
Shares
Foto sumqayit-ih.gov.az
Foto sumqayit-ih.gov.az

Bu gün, 3 sentyabr tarixində yeni Sumqayıt Məhkəmə Kompleksinin açılış mərasimi keçirilib.

Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində inşa olunan məhkəmə Sumqayıt apellyasiya, kommersiya və ağır cinayətlər, inzibati, habelə müvəqqəti olaraq Qubadlı rayon məhkəmələrini əhatə edir.

1 milyon 460 min vətəndaşa xidmətlər göstərəcək Sumqayıt Məhkəmə Kompleksində “Elektron məhkəmə” informasiya sistemi, həmçinin “Femida” sistemi quraşdırılıb. Burada təxminən 50-dək hakim, ümumilikdə isə 240 nəfərlik işçi fəaliyyət göstərəcək.