Sumqayıtda yeniyetmələr arasında V Ümumrespublika Forumu çərçivəsində seçim turu keçirilib

Total
0
Shares
Depositphotos
Depositphotos

Sumqayıtda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu çərçivəsində seçim turu keçirib.

Heydər Əliyev Mərkəzinin konfrans zalında keçirilən seçim turunda Sumqayıtdan və Qubadlı rayonundan olan 15-17 yaşlı 40 sosial fəal yeniyetmə iştirak edib. Forumda komitənin Uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırova və şöbənin əməkdaşı Nurlana Qaraxanova da iştirak ediblər.

Belə ki, burada iştirakçıların dünya görüşü, intellektual səviyyəsi, məntiqi düşüncə tərzi, nitq qabiliyyəti, fikirlərini sərbəst və əsaslı şəkildə ifadə etmə bacarığı yoxlanılıb. Həmçinin onlarla fikir mübadiləsi aparılıb.

20 noyabr tarixində Bakıda keçirilməsi nəzərdə tutulan Uşaqların V Ümumrespublika Forumunda ölkənin bütün şəhər və rayonlarından uşaq və yeniyetmələrin iştirakı təmin olunacaq.

Sözügedən forumlar iştirakçıların liderlik keyfiyyətlərinin formalaşması və ictimai fəallıqlarının stimullaşmasında mühüm rol oynayırlar.