Sumqayıtda 29-cu kvartalda yerləşən 1 saylı məktəbdə yenidənqurma işləri davam edir. Bu barədə Sumqayıt24-ün yerli müxbiri xəbər verib.
Məktəbin inşasına bu ilin əvvəlində start verilib. Müxbirimizin sözlərinə görə, təhsil ocağının binası və həyət ərazisi tam sökülərək yenidən qurulur. Tikinti işlərinə çox sayda texnika və işçi qüvvəsi cəlb olunub. İşlər tez bir zamanda yekunlaşacaq.
İ.Qayıbov adına 1 nömrəli tam orta məktəb 1954-cü ildə yaranmışdır. Orada 2285 şagird təhsil alır. Məktəbdə ingilis, rus və alman dilləri xarici dil kimi tədris olunur.