Sumqayıt “Şəhidlər xiyabanı”nda “Zəfər ağacı” abidəsi quraşdırılıb. Ağac “STP” Şirkətlər qrupu tərəfindən hazırlanıb.
Paslanmaya davamlı metaldan hazırlanmış ağac qəhrəman şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Onun budaqlarından 3000 şəhidin adı yazılmış hərbi adlıqlar asılıb. Abidənin çəkisi 400 kq, eni 2.2, hündürlüyü isə 2.9 metrə bərabərdir.
Qeyd edək ki, 7 noyabradək “ağac” Bakı bulvarı ərazisində nümayiş olunurdu.