Sumqayıtın və ölkənin bir sıra şəhərlərinin “ASAN xidmət” mərkəzlərində “Zəfər Günü”nə həsr olunmuş qanvermə aksiyası keçiriləcək. Bu haqda Sumqayıt24 “ASAN Könüllülər”nin rəsmi Instagram hesabına istinadən xəbər verir.
6 saylı Bakı “ASAN xidmət” mərkəzi könüllüərinin və Mərkəzi Qan Bankının dəstəyi ilə təşkil edilmiş aksiyanın əsas məqsədi qana ehtiyyacı olan insanlara yardım göstərmək, “Vətən müharibəsi”ndə ərazi bütövlüyümüz uğrunda vuruşaraq şəhid olmuş və qan tökmüş qazilərimizin xatirəsini əbədi yaşatmaqdır.
Qeyd edək ki, aksiyaya 4 noyabr saat 11:00 start veriləcək.