Sumqayıtda rəsm və əl işləri, eləcə də xalq tətbiqi sənəd nümunələrindən ibarət sərgi təşkil edilib. Bu haqda şəhər İcra Hakimiyyətinin saytında məlumat yayılıb.
“Zəfər Günü”nə həsr olunmuş sərgidə İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Mədəniyyət Nazirliyinin və Sumqayıt Regional Mədəniyyət İdarəsinin nümayəndələri, həmçinin rəssamlar, ziyalılar, mədəniyyət müəssisələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Heydər Əliyev Mərkəzində təşkil olunan ekspozisiyada Sumqayıtdan əlavə Şuşa və Xızıdan gələn rəssamların ümumilikdə 60 əsəri nümayiş olunub. Onlardan hər biri, öz əsərləri haqqında iştirakçılara ətraflı məlumat veriblər.