Sumqayıtda “Zəfər Gününə Qarabağ Mətbəxi İlə” adlı sərgi keçirilib. Bu barədə Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi məlumat yayıb.
Sərgidə aşpaz ixtisası üzrə təhsil alan tələbələrin hazırladığı Qarabağ mətbəxinin yeməkləri nümayiş olunub. Burada müxtəlif çeşidli plovlar, dolmalar, qovurma, dovğa, basdırma və sair yeməklər təqdim edilib.
Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Gülşən Ömərova sərginin əhəmiyyətli olduğunu, gənclərin milli-mənəvi keyfiyyətlərinin inkişafında mühüm rola malik olduğunu qeyd edib.
Tədbirin tərəfdaş təşkilatı, Turan Restoranlar Şəbəkəsinin baş aşpazı Rasim Rzayev idi.