Sumqayıtda zərərverici kəpənəklər sürüsü peydə olub

Total
62
Shares
Envato
Envato

Sumqayıtda peydə olan “Çayır odlucası” adlanan kəpənəklərinin sürüsü sakinlərin narahatlığına səbəb olur. Bu haqda bu gün, 8 sentyabr tarixində məlum olub.

Zoologiya insitutundan bildirilib ki qanadları qəhvəyimtil rəngdə olan bu kəpənəklər 5-6 ildən bir kütləvi şəkildə çoxalır və il ərzində 2-5 dəfə nəsil verə bilirlər. Zərərverici olan bu kəpənəklərin erkəkləri 18-20 mm, dişiləri isə 25-mm-ə qədər olur.

Adı çəkilən həşaratlar insanlarla təmas zamanı – dərilərinə qonduqda belə heç bir ziyan verə bilməz. Onlar yalnız tumurcuqları, bitkilərin yarpaqları və çiçəkləri ilə qidalanaraq kənd təsərrüfatı bitkilərinə böyük zərər vururlar.