Sumqayıtda zirzəmidə yarış təşkil edən iki şəxs saxlanılıb

Total
0
Shares
Envato
Envato

Sumqayıtda qanunsuz kütləvi yarış təşkil edən şəxslər saxlanılıblar. Bu haqda bu gün, 20 sentyabr tarixində məlum olub.

Polis əməkdaşlarının 12-ci mikrorayon ərazisində keçirdikləri yoxlama zamanı yaşayış binasının zirzəmisində fəaliyyət göstərən idman zalında karantin qaydalarına zidd olaraq 80 boksçunun iştirak etdiyi yarış dayandırılıb. Nəticədə, yarışı təşkilatçıları 44 yaşlı “Əməkdar məşqçi” Anar Baxışov və boks müəllimi Valeh Əliyev cərimələniblər.

Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və onlar karantin qaydalarını pozaraq yarış təşkil etdiklərini etiraf ediblər.