Sumqayıtdan Bakı istiqamətində tunel inşa oluna bilər. Bu barədə Trend.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.
Məlumata əsasən, Sumqayıtdan Bakı şəhərinə girişdə yaranan tıxacların qarşısını almaq üçün alternativ yeni yolun (tunel) çəkilməsi planlaşdırılır. İnşası nəzərdə tutulan tunel Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin yaxınlığından Bakı şəhərinin Şərifzadə küçəsinə, oradan isə “20 yanvar” istiqamətinədək uzanacaq.
Həmçinin, Nəcəflinin sözlərinə görə AAYDA bununla bağlı təkliflər hazırlayıb və aidiyyəti üzrə təqdim edib.