Sumqayıtdan Bakıya gələn vətəndaşlar cərimələnib

Total
0
Shares
Foto DİN
Foto DİN

Sumqayıtdan Bakıya gələn avtobuslarda karantin qaydalarına riayət etməyən sərnişinlər cərimələniblər. Bu haqda bu gün, 1 dekabr tarixində Daxili İşlər Nazirliyi məlumat yayıb.

Keçirilən reyd zamanı 40-dan çox sürücü və sərnişin barəsində inzibati tədbir görülüb və onlar cərimə ediliblər.

Vətəndaşlar yalnız polis əməkdaşlarını görəndə qoruyucu maskadan istifadə edirdilər. Bu reyd zamanı əməkdaşlar mülki geyimdə idilər.