Bu gün, 27 avqust tarixində üç sumqayıtlı idmançı Tokio-2020 Paralimpiya oyunlarında yüksək nailiyyətlər qazanıblar. Onlar millimizin hesabına 2 qızıl və 1 bürünc medal yazdırıblar.
Qadınlar arasında 48 kq çəki dərəcəsində mübarizə aparan paracüdoçumuz Şəhanə Hacıyeva finaldakı rəqibi Sandrine Martineti məğlub edərək bu oyunların ilk qızıl medalını qazandı.
Para-cüdoçumuz Vüqar Şirinli 60 kiloqram çəki dərəcəsində finalda qazaxıstanlı rəqibini məğlub edərək Tokio Paralimpiya Oyunlarının qalibi oldu.
Namiq Abaslı 66 kq çəki dərəcəsində mübarizə aparan paracüdoçumuz bürünc medal qazandı.