Sumqayıtlı şagird Beynəlxalq Elm Olimpiadasında iştirak edəcək

Total
0
Shares
Foto sumqayit seher tehsil sobesi facebook
Foto sumqayit seher tehsil sobesi facebook

Sumqayıtlı məktəbli Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında (İJSO) Azərbaycanı təmsil edənlərdən biri olacaq. Bu haqda bu gün, 3 dekabr tarixində Sumqayıt Şəhər Təhsil Şöbəsi məlumat yayıb.

Haqverdiyeva Aygün Vurğun qızı 12-21 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək təbiət elmləri üzrə “İJSO”-da ölkəmizi təmsil edəcək. O, Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın X sinif şagirdidir.