Sumqayıtlı şagird “İstedadların hazırlığı laboratoriyası” lV Beynəlxalq Olimpiadasının qalibləri sırasındadır. Bu haqda Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Facebook səhifəsində məlumat yayılıb.
Belə ki, Bakıda Gənclər və İdman Nazirliyi və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun birgə təşkil etdiyi, MDB və Baltikyanı ölkələrdən də nümayəndələrin iştirak etdiyi olimpiadada sumqayıtlı Cavid Nəzərov III yerə layiq görülüb.
14-16 yaşlı yeniyetmələrin iştirak etdiyi bilik yarışması riyaziyyat, fizika və kimya fənləri üzrə keçirilib. Olimpiadanın əsas məqsədi isə məktəblilərin müvafiq sahələrdə fəaliyyət göstərən alim və tədqiqatçıların təcrübəsindən faydalanması və onların beynəlxalq əlaqələrinin genişlənməsinə şəraitin yaradılmasıdır.