Birləşmiş Ərəb Əmirliklərində keçiriləçək Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın şagirdi iştirak edəcək. Bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Gimnaziyanın şagirdi Aygün Haqverdiyeva Azərbaycan bu olimpiada daı təmsil edəcək 6 məktəblidən biridir. Təbiət elmləri üzrə 12-21 dekabr tarixlərində keçiriləcək yarış, yaşı 15-dən çox olmayan şagirdlər arasında həm fərdi, həm də komanda formatında təşkil olunacaq.
Qeyd edək ki, artıq bir neçə ildir ki, Azərbaycan məktəbliləri bu yarışda ölkəmizi uğurla təmsil edirlər.