“Qarabağ” Reqbi klubunun heyətində çıxış edən Sumqayıt şəhər 29 nömrəli məktəbin 6 “ç” sinif şagirdi Şəkidə keçirilən Azərbaycan birinciliyində çempion olub.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 2010-2012 təvəllüdlü oğlanlar arasında keçirilmiş turnirdə Nuran Novruzlu öz oyunu ilə fərqlənib.
Qeyd edək ki, Nuran komandası ilə birgə Azərbaycan çempionu və “Zəfər kuboku”nun sahibidir.