Sumqayıtlı şagird Milanə Aslanova “İdeya var” gənclərin III ümumrespublika elmi-yaradıcılıq müsabiqəsində iştirak edib.
Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 10″C” sinif şagirdi “Ekologiya, ətraf mühit və təbiətdən rasional istifadə. Tibb və səhiyyə sahəsində innovasiyalar” nominasiyası üzrə diplomla təltif olunub. Mükafatı qaliblərə gənclər və idman naziri Fərid Qayıbov təqdim edib.
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən müsabiqə Əl Oyunları Sarayında baş tutub.