Sumqayıt Dünya məktəbinin şagirdi Özbəkistanda keçiriləcək yarışmada Azərbaycanı təmsil edəcək. Bu barədə Dünya məktəbi bu gün, 12 noyabr tarixində məlumat yayıb.
Məktəbin 10-cu sinif şagirdi Fərid Hüseynov Daşkənd şəhərində 23-29 noyabr tarixlərində keçiriləcək “Yüksək Texnolojik İxtiralar”-da iştirak edəcək.
Fəridin Sakit Rəcəbovun rəhbərliyi ilə hazırladığı “TS-209” adlı layihə yüzlərlə layihə arasından seçilərək yarışmada iştirak hüququ qazanmışdır.