Sumqayıt Dünya Məktəbinin şagirdi Özbəkistanda keçirilən Elm və Mədəniyyət Festivalında yüksək yer tutub. Bu haqda məktəbin rəsmi Facebook səhifəsinə istinad edirik.
Türkiyədəki Türk Dünyası Uşaq Fondunun Daşkənddə təşkil etdiyi festivalda şagirdimiz Fərid Hüseynov öz TS-209 layihəsi ilə “Yüksək Texnolojik İxtiralar” yarışmasında 2-ci yeri tutub.
Qeyd edək ki, burada türk dövlətlərinin hamısından istedadlı və ixtiraçı uşaqlar iştirak ediblər. Bizim ölkədən isə dörd müəllim və dörd şagird qatılmışdır.