Sumqayıtlı şagirdi karate üzrə Avropa birinciliyinin qalibi olub. Bu barədə bu gün, 21 avqust sosial şəbəkələrdə məlumat paylaşılıb.
Beləliklə, Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Nihad Kərimzadə Finlyandiyanın Tamper şəhərində keçirilən karate üzrə yarışlarda rəqiblərinə qalib gələrək Avropa çempionu olub və qızıl medala layiq görülüb.