“Oyuncağını bağışla” aksiyasına Sumqayıt məktəbləri də qoşulub. Bu haqda bu gün, 26 noyabr tarixində Sumqayıt şəhər Təhsil Şöbəsinin rəsmi saytında paylaşılıb.
“Məktəblinin dostu” və “İcma əsaslı məktəbəqədər təhsil” layihələrinin təşkilatçılığı ilə keçirilən sosial aksiyada Sumqayıt şəhər 21 və General-mayor Polad Həşimov adına 28 nömrəli tam orta məktəbin şagirdləri də iştirak ediblər.
Şagirdlər könüllü şəkildə öz oyuncaqlarını aksiyaya təqdim ediblər. Oyuncaqlar Azərbaycanın müxtəlif regionlarında təhsil alan şagirlərə göndəriləcək.
Aksiyanın keçirilməsində əsas məqsəd gənclərdə sosial məsuliyyətin, empatiya və paylaşma hissinin formalaşdırılmasıdır.