Sumqayıtlı şagirdlər Respublika üzrə l yerin sahibi oldular

Total
0
Shares
Foto Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın Facebook səhifəsindən
Foto Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın Facebook səhifəsindən

Sumqayıtlı məktəblilər VI-IX siniflər arasında keçirilən “Nə? Harada? Nə zaman” intellektual yarışının qalibi oldular. Bu barədə Sumqayıt şəhər təhsil şöbəsi məlumat yayıb.

Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın “Dahilər” komandası Respublika üzrə l yerin, “Zəfər” komandası isə V yerin sahibi olub.

Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda 17 komanda iştirak edib.