Sumqayıtlı şagirdlər “Sabahın alimləri” adlı müsabiqənin qalibi seçiliblər

Total
0
Shares
Foto edu.gov.az
Foto edu.gov.az

Sumqayıtlı şagirdlər “Sabahın alimləri” X Respublika Müsabiqəsinin qalibləri seçiliblər. Bu haqda bu gün, 7 dekabr tarixində Təhsil Nazirliyi məlumat yayıb.

Burada, 11 nömrəli tam orta məktəbin IX və XI sinif şagirdləri Murad Məmmədzadə və Banuçiçək Kərimli tibb və sağlamlıq üzrə “Speech synthesizer” adlı layihə ilə çıxış ediblər.

Şagirdlər müsabiqədə müvəffəqiyyətlə iştirak edərək münsiflər tərəfindən yüksək qiymətləndirilib və finalçı medallarına layiq görülüblər. Mərasimin sonunda qaliblərə medallar təqdim edilib, onlarla xatirə şəkili çəkdirilib.

Təqdimetmə mərasimində Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli də iştirak edib.