Sumqayıtda “Sabahın alimlərinə dəstək mərkəzinin yaradılması” layihəsi ilə bağlı görüş keçirilib. Bu haqda şəhərin Təhsil Şöbəsi məlumat yayıb.
Tədbir, 29 nömrəli tam orta məktəbin müəllimi, “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”nin qalibi Səbinə İsayevanın iştirakı ilə baş tutub. Burada, şəhərin məktəblərindən müəllim və şagirdlərə “Sabahın alimləri” müsabiqəsi haqda məlumat verillib, onlara müsabiqə ilə bağlı qeydiyyatdan keçmək qaydaları izah olunub.
Son da isə şagirdləri maraqlandıran suallar cavablandırılıb.