Sumqayıtlı şagirdlər “STEAM” Azərbaycan Festivalında finala yüksəliblər

Total
0
Shares
Foto sumgayit.edu.gov.az
Foto sumgayit.edu.gov.az

Sumqayıtlı şagirdlər “STEAM” Azərbaycan Festivalının (SAF) final mərhələsinə vəsiqə qazanıblar. Bu haqda şəhər Təhsil Şöbəsinin rəsmi saytında məlumat verilib.

Məlumata görə, İstedad Liseyinin və 29 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdləri Eldar Həmidov və Ceyran Bayramlının birgə hazırladığı “Xəzər dənizini tullantılardan təmizləyən EkoRobot”, həmçinin Təfəkkür liseyinin 11-ci sinif şagirdlərinin – Rəvan Ağazadə və Səid Yusiflinin birgə hazırladığı “Chrome Dinosaur” adlı layihəsi adıçəkilən festivalın final turunda iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, SAF Təhsil Nazirliyinin dəstəyi ilə ilk dəfə olaraq 9-10 dekabr tarixlərində “Baku Expo” Mərkəzində keçiriləcək.