Sumqayıtlı şagirdlərin “Payız əfsanələri 2021” Beynəlxalq müsabiqədə uğurları davam edir. Bu barədə bu gün, 1 noyabr tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsi məlumat yayıb.
Sumqayıt şəhər Qara Qarayev adına 1 nömrəli uşaq musiqi məktəbinin şagirdləri Səid Vəlizadə, Aysu Məmmədzadə 2-ci yerə, İnci Vəlizadə 3-cü yerə, Nəzrin Rüstəmova, Ayla Pənahova, Əli Cəlilzadə isə laureat adını qazanıblar.
Ceyranbatan qəsəbə Uşaq incəsənət məktəbinin şagirdləri də Murad Əmirli 2-ci yerə, Elnur Quliyev 3-cü yerə, Duyğu Bəşirli, Aysu Xudiyeva laureat adını qazanıblar.
Həmçinin, yarışda Sumqayıt Musiqi Kollecinin tələbəsi Fərid İmranlı birinci yeri qazanıb.