Şahmat üzrə “Champions Showdown: Chess 9LX” turnirində Şəhriyar Məmmədyarov dünya çempionu Qari Kasparovla üz-üzə gəlib.
10 şahmatçını yarışdığı turnirin III-cü turunda Məmmədyarov keçmiş dünya çempionu Qari Kasparova qalib gəlib. Oyundan sonra Məmmədyarov 2 xalla üçüncü sırada qərarlaşıb.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov I-ci turda Hikaru Nakamuraya (ABŞ) qalib gəlib. Lakin II-ci turda Maksim Vaşye-Laqrava (Fransa) uduzub.