Sumqayıtlı şahmatçı Çempionlar Turunun final mərhələsində rusiyalı Vladislav Artemyevlə qarşılaşıb

Total
0
Shares
Sumqayıt şahmat reytinq
Foto Shakhriyar Mamedyarov profilindən

Sumqayıtlı şahmatçı Çempionlar Turunun final mərhələsinin 5-ci turu çərçivəsində növbəti görüşünü keçirib.

Görüşdə Şəhriyar Məmmədyarov rusiyalı Vladislav Artemyevlə qarşılaşıb. Məmmədyarov 1-ci və 2-ci görüşləri uğursuzluqla başa vursa da, 3-cü partiyada əldə etdiyi qələbə sayəsində hesabı bərabərləşdirib. Lakin həlledici görüşdə məğlub olub. Oyun Artemyevin xeyrinə 2,5:1,5 hesabı ilə bitib.

Bu gün 30 sentyabr tarixində oynanılacaq 6-cı turda Məmmədyarov amerikalı qrossmeyster Nakamuro ilə üz-üzə gələcək.