31 avqust-5 sentyabr tarixlərində Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının sonuncu mərhələsi keçirilib.
Sumqayıtlı qrossmeyster Şəhriyar Məmmədyarov “Aimchess USRapid” turnirin 1/4 finalında iştirak edib. O, ermənistanlı Levon Aronyanla üz-üzə gəlib. Məmmədyarov rəqibinə 1:2 hesabla uduzub.
Daha öncə, şahmatçımız Aronyanla Zaqrebdə (Xorvatiya), Grand Chess Tour yarışmasında qarşılaşmışdır. Həmin turnirdə Məmmədyarov Aronyanı məbluğ edərək çempion olmuşdur.