Sumqayıtlı şahmatçıların qatılacağı turnirin mükafat fondu məlum oldu

Total
0
Shares
Foto fide.com
Foto fide.com

Sumqayıtılı şahmatçılar Şəhriyar Məmmədyarov və Vasif Durarbəylinin qatılacağı “Grand Swiss 2021” turnirinin mükafat fondu açıqlanıb. Bu haqda Sumqayıt24 Beynəlxalq Şahmat Federasiyasının (FIDE) saytına istinadən xəbər verir.

Belə ki, Latviyanın paytaxtı Riqada təşkil olunacaq turnirdə kişilərin mübarizəsinə 425.000 dollar ayrılıb. Qeyd edək ki yarış, 25 oktyabr – 8 noyabr tarixlərində şəhərin “Hanzas Perons” Mədəniyyət Mərkəzində keçiriləcək.

Ümumilikdə bu birincilikdə ölkəmizi altı nəfər təmsil edəcək və onların arasında yeganə qadın şahmatçı Günay Məmmədzadədir.