“Grand Swiss-2021”-də sumqayıtlı şahmatçı növbəti oyunda çexiyalı ilə qarşılaşacaq. Bu haqda Beynəlxalq Şahmat Federasiyası (FIDE) məlumat yayıb.
Riqada keçirilən şahmat üzrə turnirin 8-ci mərhələsində Vasif Durarbəyli Tay Dan Van Nquyen ilə mübarizə aparacaq.
7-ci turda Durarbəyli danimarkalı ilə mübarizədə 3 xal qazanıb.