Azərbaycanda I-ci ixtisas qrupu üzrə ən yüksək bal toplayan Sumqayıt sakini tələbə adını qazandı.
2021-2022-ci tədris ili üzrə qəbul imtahanında maksimal 697 bal toplayaraq Azərbaycan birincisi olan Əbil Şəfiyev seçimini Bakı Ali Neft məktəbində dayandırdı. O, Kimya mühəndisliyi ixtisasına qəbul olub.
Qeyd edək ki, Əbil Şəfiyev Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbi Fərqlənmə attestatı ilə bitirmişdir.