Sumqayıtlı cüdoçu İlham Zəkiyev Sumqayıt24-də eksklüziv müsahibə verdi

Total
0
Shares
Foto açıq mənbələrdən
Foto açıq mənbələrdən

Tokio-2020 Paralimpiya oyunlarının bürünc medal sahibi, ikiqat Paralimpiya Oyunları çempionu, 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuş, Sumqayıtlı cüdoçu İlham Zəkiyevin Sumqayıt24-də verdiyi müsahibəni təqdim edirik.

 

  • Dünya çempionu olmaq istəyən gənc cüdoçulara tövsiyyələriniz?
  • Ümumiyyətlə nəticə qazanmaq istəyən hər bir idmançı ciddi nizam-intizama riayət etməli və məşqçilərinin tövsiyyə və tapşırıqlarını mükəmməl icra etməyə çalışmalıdır. Əzmkar olmalıdır və ağır zəhmətdən çəkinməməlidir. Çünki qələbəyə gedən yol heç də hamar deyil. Bu yolda eniş də var, yoxuş da. Bu yolda ağrı və zədələr də var. Ən əsas müddəalardan biri də səbrli və dözümlü olmaqdır.

 

  • Oyun qabağı həyəcan ilə necə baş edirsiniz?
  • Yarışqabağı həyəcan hər bir idmançıda olur. Həyəcan varsa deməli məsuliyyət də var. Əgər yarışa yaxşı hazırlaşmışamsa (zədələr imkan verdiyi halda) mən həyəcanı rahat ram edirəm. Rəqiblərimdə isə həmin həyəcan qorxuya çevrilir. Çünki biz qalib ölkənin idmançılarıyıq və bütün rəqiblərim bilir ki, mən görmə qabiliyyətimi harada və hansı şəraitdə itirmişəm (1999-cu il, kəşfiyyat döyüş tapşırığını yerinə yetirən zaman).

 

  • Sizin üçün ən xüsusi yarış kiminlə və harada olub?
  • Mən heç bir fərq qoymuram. Hər bir yarışım mənim üçün xüsusidir. Və heç-bir rəqibə zəif baxmıram, çünki hər bir rəqib öz ölkəsinin 1 nömrəsidir.

 

  • Cüdo olmasa nə ilə məşğul olardınız?
  • Hər-halda cüdo var və mən hazırda cüdo ilə məşğul olaraq ölkəmi təmsil edirəm.


  • Bundan sonra karyeranızda daha nələri əldə etmək istəyirsiniz?
  • Hal-hazırda əsas hədəfimiz Paris 2024 XVII Yay Paralimpiya Oyunlarıdır. Ümid edirəm ki, Allahın köməyi ilə ölkəmi layiqincə təmsil edəcəm.