Sumqayıtlı cüdoçu MDB oyunlarının çempionu oldu

Total
0
Shares
Foto resmi judo federasiya Facebooksi
Foto resmi judo federasiya Facebooksi

Sumqayıtlı cüdoçu “Müstəqil Dövlətlər Birliyi” (MDB) oyunlarında qızıl medal qazanıb. Bu haqda sosial şəbəkələrdə məlumat paylaşılıb.

Tatarıstan respublikasının paytaxtı Kazanda keçirilən yarışlarda 60 kq dərəcəsində çıxış edən cüdoçumuz Rövşən Əliyev həmyerlisi Əhməd Yusifovla üz-üzə gəlib. Rusiyadan olan azərbaycanlı hakim Elman Qurbanovun idarə etdiyi qarşılaşmada sumqayıtlı idmançı cərimə xalları hesabına qalib gələrək, çempion olub.

Qeyd edək ki, Əliyev sumqayıtlı İlham Məmmədovun tələbəsidir.