Sumqayıtlı cüdoçu Namiq Abaslı Sumqayıt24-də müsahibə verdi

Total
0
Shares
Foto Namiq Abaslı Facebook
Foto Namiq Abaslı Facebook

 

Tokio-2020 Paralimpiya oyunlarının bürünc medal sahibi, 3-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuş Sumqayıtlı cüdoçu Namiq Abaslı Sumqayıt24-də verdiyi müsahibəni təqdim edirik.

 

  • Paralimpiya oyunları zamanı hiss etdikləriniz? Ən çətin olanı nə idi?
  • Hər bir idmançıda ilk öncə məsuliyyət hissi olur. O, istəyirki uğurlu nəticə ilə başa vursun yarışı. Həmçinin, deyim ki, qorxu hissi yox idi, sadəcə məsuliyyət hissi var idi. Hər bir işin çətinliyi olduğu kimi, idmanında özünəməxsus çətinlikləri var. Çətini odurki rəqiblərə qalib gəlib medal əldə etmək, yarışda ondan çətin bir iş görmürəm.


  • Qalibiyyəti necə qeyd etdiniz?
  • Bu Olimpiya oyunlarında özümdən qızıl gözləyirdim. Qızıl üçün hazırlaşmışdım, lakin qismət belə gətirdi Şükür Allahıma. Öz qalibiyyətimi – bürünc medalın sevincini göz yaşları ilə yaşadım. Bürünc uğrunda mübarizə aparırsan, döyüşürsən, qalib gəldikdə isə qalib kimi ayrılırsan tatamidən və məndə göz yaşlarıma hakim ola bilməyib ağladım.


  • Bundan sonra karyeranızda daha nələri əldə etmək istəyirsiniz?
  • Bundan sonra məşqlərimi davam edib növbəti Paralimpiya oyunlarına lisenziya qazanmaq, Paris-2024-də qızıl medalı əldə etməkdir.


  • Döyüşə çıxmadan öncə özünüzü necə hazırlayırsız? Uğur üçün etdiyiniz hər hansı ənənəvi şeylər var?
  • Görüşdən əvvəl məşqçi – müəllimlər ilə və özüm özlüyümdə psixoloji danışıqlar aparıb tatami üzərinə çıxıram. Bundan əvvəlki İBSA Baku Grand Prix yarışı və Tokio-2020 Paralimpiya oyunlarında olan psixoloji hazırlıq məhz şəhidlərimiz, qazilərimiz, hərbiçilərimiz idi . Necə ki onlar dişi ilə, dırnağı ilə qanları bahasına torpaqlarımızı düşmən əsarətindən qurtardı – bizdə məğlub ola bilməzdik. Hər görüşümüzdə onlar göz qabağında canlanırdı və 1 yol var idi – irəli getmək və uğur əldə etmək! Şükürlər olsun ki, biz bunu bacardıq. Ənənəvi bir söz var “Bismillah! La İlahə İlləllah” deyib tatami üzərinə çıxmaq, vəssalam!