Sumqayıtlı cüdoçu MBD oyunlarında qızıl medal qazanıb. Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Tatarıstan respublikasının paytaxtı Kazan şəhərində keçirilən MBD oyunlarında 52 kq dərəcəsində cıxış edən milli komandanın üzvü Səbinə Əliyeva bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub.
Səbinə Əliyeva Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir.
Qeyd edək ki, 10 sentyabr tarixində Sumqayıtlı cüdoçu Rövşən Əliyev MBD oyunlarında qızıl medal qazanmışdır.