Sumqayıtlı cüdoçular Azərbaycan Kubokunda daha 7 medal qazandılar

Total
0
Shares
Foto judo.az
Foto judo.az

Sumqayıtlı cüdoçular Azərbaycan Kubokunun son günündə daha 7 medal qazandılar. Bu haqda Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər veririk.

Oxucularımıza medal qazanan sumqayıtlı idmançıların siyahısını təqdim edirik:

57 kq üzrə:

3-cü yer – Rita Əliyeva (Təhsil İdman Sağlamlıq Mərkəzi, Sumqayıt şəhəri)

73 kq üzrə:

2-ci yer – Zaməddin Poladov (Dinamo, Sumqayıt şəhəri)

78 kq üzrə:

3-cü yer – Xədicə Rəşidova (İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi, Sumqayıt şəhəri)

+78 kq üzrə:

3 – cü yer – Elnarə Rəşidova (İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi, Sumqayıt şəhəri)

100 kq üzrə:

1-ci yer – Adil Kərimli (Neftçi İdman Klubu, Sumqayıt şəhəri)

2-ci yer – Sabir İsayev (Təhsil İdman Sağlamlıq Mərkəzi, Sumqayıt şəhəri)

Qeyd edək ki, Azərbaycan Kubokunda ümumi nəticəyə görə Təhsil Uşaq Gənclər İdman Sağlamlığ Mərkəzi (Sumqayıt şəhəri) 3-cü yerə layiq görülüb və müvafiq kubokla təltif edilib.