Sumqayıtlı cüdocu İlham Zəkiyev karyerasını davam etdirəcəyini bildirib

Total
0
Shares
Twitter @ilham_zakiyev
Twitter @ilham_zakiyev

Cüdoçumuz İlham Zəkiyev bundan sonrada karyerasını davam etdirəcəyini bəyan edib.

Tokio-2020 də bürünc medal qazanan 41 yaşlı Sumqayıtlı paralimpiaçı 3 il sonra Fransanın paytaxtı Parisdə keçiriləcək növbəti Paralimpia oyunlarına hazırlaşacağını bildirib.

Cüdoçunun sözlərin təqdim edirik:

“Britaniyalı döyüşçü mənə qarşı yaxşı hazırlaşmışdı. Amma ona qalib gəldim. Koreyalı idmançı ilə görüşdə sol barmağım qırıldı. Müayinədən sonra barmağımın durumunu biləcəm. Amma sonda bürünc medalı qazandım. Karyeramı davam etdirəcəm. Növbəti Paralimpiya Oyunlarına 3 il qalıb”.