Sumqayıtlı daha bir qadın cüdoçu paralimpiada qalib oldu

Total
0
Shares
Foto milli paralimpiya komitəsi facebook səhifəsi
Foto milli paralimpiya komitəsi facebook səhifəsi

Daha bir sumqayıtlı cüdoçu Tokio paralimpiadasında qızıl medal qazandı. Bu millimizin sözügedən idman növü üzrə 5-ci medalıdır.

Paracüdoçumuz Xanım Hüseynova 64 kiloqram çəki üzrə birincilikdə ilk öncə yaponiyalı Hiroko Kudonu, yarımfinalda isə çinli Yue Vanqı məğlub edib. Finalda Hüseynova ukraynalı İrina Husiyevadan üstün olaraq yarışların qalibi olub.

Hatırladaq ki, 27 avqust tarixində keçirilən cüdo yarışlarında 3 sumqayıtlı idmançı yüksək yer tutmuşdur. Onlar, Şəhanə Hacıyeva (48 kq) və Vüqar Şirinli (60 kq) qızıl, Namiq Abaslı (66 kq) isə bürünc medal qazanmışdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir