Müstəqil Dövlətlər Birliyi (MDB) Gənclər Parlamentlərarası Assambleyasının Sankt-Peterburqda keçirilən 17-ci iclasında sumqayıtlı deputat Emin Hacıyev koordinator seçilib.
“Müasir şəhərin siması” mövzusunda keçirilən şəhərsalma ilinə həsr olunmuş konfrans zamanı Hacıyev iştirakçılara erməni işğalından azad edilmiş torpaqların bərpası və yenidən qurulma işlərindən danışıb. Həmçinin onlara, Qarabağda “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin həyata keçirilmə prosesi barədə məlumat verib.
“Ən qısa müddətdə işğaldan azad edilmiş ərazilərdə Füzuli beynəlxalq hava limanı inşa edildi, Zəngilanda hava limanının təməli qoyuldu. Bütün bunlar bölgənin turizm potensialının inkişafına xidmət edəcək”,- deyə deputat bildirib.