Azərbaycanın Fəxri neftçisi və əməkdar səmərələşdiricisi, Sumqayıtlı kimyaçı Yuri Yermakovun bugün, 23 avqust tarixində 98 yaşı tamam olur. Bu haqda Xeberle.com məlumat yayıb.
Yuri Yermakov 2-ci Dünya müharibəsinin veteranı və SSRİ ixtiraçısıdır. O, 2014-cü ildən etibarən fərdi Prezident təqaüdçüsüdür
Yuri 1952-ci ildə Sumqayıt Sintetik Kauçuk zavodunda çilingər işləməyə başlayır. Lakin, qısa bir zamanda zavodun rəhbərliyi onu mexaniki sexin ustası, bir il sonra mexanik, daha bir il sonra isə dəqiq mexanika şöbəsinin rəisi təyin edir. Daha sonra Rusiyanın Kuybışev Sintetik Kauçuk zavodundan dəvət aldı və istehsalatın fəaliyyətindəki çatışmazlıqların aradan qaldırılmasında göstərdiyi xidmətə görə zavodun fəxri üzvü seçilmişdir.