Sumqayıtlı fortepiano ifaçısı “Yunanıstan Ulduzları” adlı müsabiqədə mükafata layiq görülüb

Total
0
Shares
Envato
Envato

Yunanıstan Respublikasında keçirilən “Yunanıstan Ulduzları” adlı beynəlxalq onlayn müsabiqədə sumqayıtlı fortepiano ifaçısı Aylin Əsədli 3-cü yerə layiq görülüb.

Aylin Əsədli Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyndə olan Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsi üzrə 5-ci sinif şagirdidir.

Həmçinin, Aylinin müəllimi Ülviyyə Məlikova  isə münsiflər heyəti tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.

Daha öncə, 17-31 may tarixlərində Aylin “Qələbənin səsləri. Novorossiysk” Birinci Beynəlxalq Musiqili Bədii Yaradıcılıq Müsabiqəsində 1-ci dərəcəli  Laureat adına layiq görülmüşdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir