Sumqayıtlı futbolçular Avropa çempionatının seçmə mərhələsi oyunlarında iştirak edəcəklər

Total
0
Shares
Foto Sumqayıt24.az
Foto Sumqayıt24.az

Sumqayıtlı yarımmüdafiəçilər Səbuhi Abdullazadə və Rüfət Abdullazadə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin tərkibində meydana çıxacaqlar.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Sumqayıtdakı “Kapital Bank Arena” stadionunda 8 oktyabr tarixində Finlandiya, oktyabrın 12-də isə Xorvatiya millisi ilə qarşılaşacaq.