Sumqayıtlı güləşçi Azərbaycan çempionu oldu

Total
0
Shares
Foto gulesh federasiyasi Facebook
Foto gulesh federasiyasi Facebook

Yunan-Roma üzrə Azərbaycan çempionatının ikinci günündə Sumqayıtın hesabına daha bir qızıl medal əlavə olundu. Bu haqda Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər veririk.

Bakı İdman Sarayında keçirilən yarışda 4 çəkidə medalçılar müəyyənləşib. Onlardan biri –  87 kq çəki dərəcəsində mübarizə aparan sumqayıtlı İslam Abbasovdur. O, bütün rəqiblərini məğlub edərək adını ölkə çempionlarının sırasına yazdırdı.

Xatırladaq ki, yarışın birinci günündə 4 sumqayıtlı idmançı medallar qazanmışdır.