Sumqayıtlı gənc aşpaz Çində keçiriləcək beynəlxalq bacarıq yarışlarında iştirak edə bilər

Total
0
Shares
Foto açıq mənbələrdən
Foto açıq mənbələrdən

Sumqayıtlı gənc aşpazlıq üzrə Milli müsabiqənin III mərhələsinə vəsiqə qazanıb. Müsabiqə 5 mərhələdən ibarətdir. Bu haqda Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi öz Facebook səhifəsində bildirib.

Müsabiqəni Peşə Təhsili üzrə Dövlət Agentliyi, “WorldSkills Azerbaijan” platforması və “CÀSÀ BAKU” Kulinariya Mərkəzi birgə həyata keçirir. Belə ki, Peşə Mərkəzinin II kurs tələbəsi Rusif Qafarov müsabiqənin III mərhələsində iştirak edəcək. Ümumilikdə Milli müsabiqəyə 168 şəxs qeydiyyatdan keçib.

Qeyd edək ki, 5 mərhələni də uğurla başa vuran şəxslər Çinin Şanxay şəhərində keçiriləcək “WorldSkillsShanghai2022” beynəlxalq bacarıq yarışlarında iştirak hüququnu qazanacaq.