Sumqayıtlı gənc “Gürcüstan Ulduzu” festivalının qalibi seçilib. Bu barədə bu gün, 6 dekabr tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsi məlumat yayıb.
Məlumata əsəsan, Qara Qarayev adına 1nömrəli Uşaq musiqi məktəbinin 6-cı sinif şagirdi Aytac Vəlizadə festivalda fortepiano ixtisası üzrə birincilik qazanıb.
12-14 yaş kateqoriyası üzrə qalibi birinciliyə müəllimi Sevda Məcidova hazırlayıb.
Həmçinin, sumqayıtlı şagirdlər Estoniyada keçirilən “Qızıl Payızın ulduzları” müsabiqəsində qalibiyyət qazanıblar.