Sumqayıtda azyaşlı və yeniyetmə idmançılar üçün Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) “Antidopinq dəyərləri” seminarı keçirilib. Bu haqda AMADA rəsmi Facebook səhifəsindı xəbər yayıb.
Şəhərin 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində baş tutan seminarda ağır atletika, futbol, voleybol, stolüstü tennis, boks, sambo, güləş və cüdo ilə məşğul olan idmançılar iştirak ediblər.
Burada onlara, dopinq nəzarəti prosesi, qadağan edilmiş siyahı və antidopinq qaydaları haqqında danışılıb. Həmçinin, dopinqin yarada biləcəyi ədalətsizlik və onun fəsadları haqda da məlumat verilib.
Daha sonra, iştirakçılar AMADA-nın onlayn antidopinq testi vasitəsilə öz biliklərini yoxlayıblar. Suallara düzgün cavab verən gənc idmançılara “Təmiz idman” şüarı olan xatirə hədiyyələri təqdim olunub.