Sumqayıtlı gənclər “Birlik” İntellekt Liqasının qalibləri arasında

Total
0
Shares
Foto genclerin_inkisafi
Foto genclerin_inkisafi

Sumqayıtlı gənclər BİL – “Birlik” İntellekt Liqasında yüksək yer tutublar. Bu haqda Gənclər İnkişaf Karyera Mərkəzinin (GİKM) İnstagram səhifəsinə istinadən yazırıq.

5 Dekabr – Beynəlxalq Könüllülər Gününə həsr olunan və “Nə? Harada? Nə zaman?” formatında təşkil olunan liqada GİKM-nin 46 nümayəndəliyi iştirak edib.

7 həftə davam edən bilik yarışmasında I yeri Ağdaşın “White stone”, II yeri Qazaxın “Sarkazm”, III yeri isə Sumqayıtın “Generation” komanası tutub.